Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bəşəriyyətin düçar  olduğu narkomaniya bəlası”  başlıqlı  onlayn oxucu konfransı keçirilib

26.10.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  24 saylı kitabxana filialı 25.10.2022-ci il tarixdə bəşəriyyətin bəlasına çevrilən narkomaniya və narkobiznesə qarşı mübarizə ilə bağlı "Bəşəriyyətin düçar  olduğu narkomaniya bəlası"  başlıqlı  onlayn oxucu konfransı keçirdi. Konfransı kitabxana filialının müdiri  Rahilə Qasımova açaraq, narkomanlığın durmadan artması, xüsusən gənclərin hədəf seçilməsi insanların  ciddi  narahatlığına səbəb olduğunu və bu bəlaya   qarşı birgə mübarizənin zəruriliyini qeyd etdi. Tədbiri keçirməkdə məqsədimiz  dünyanı ağuşuna alan narkomaniyanın  törətdiyi fəsadlar haqqında yeniyetmə və gəncləri maarifləndirmək, onları bu qorxunc bəladan uzaq olmağa çağrış etməkdir.
Konfransda GDU-nin Psixologiya kafedrasının  baş müəllimi İlham Məmmədov, Vəkillər Kollegiyasının üzvü Gəncə şəhər 1 saylı vəkillər bürosunun vəkili Vüqar Süleymanov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin  Gənclərlə iş Sektorunun baş məsləhətçisi  Maarif Quliyev, Brussel şəhəri Vrij Universitetində sosial elmlər üzrə təhsil alan   Kamran Yusifzadə, Gəncə şəhər Hüquqi Xidmət Rəhbəri hüquqşünas Sevil Tağıyeva,  6 saylı  C. Cabbarlı adına tam orta məktəbin Gənclərin Çağrışa Qədərki Hərbi Hazırlıq Rəhbəri Nəriman Sadıqov, K.D.Uşinski adına 29 saylı tam orta məktəbin UTBR-i  Mehriban Allahverdiyeva,  Gəncə Regional İcma Birliyinin sosial işçisi İnarə Məmmədova, AYB üzvü Gəncə YB-nin baş məsləhətçisi şairə, dramaturq Aləmzər Əlizadə çıxış etdilər.
Çıxış edənlər yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar  simasının  aşılanmasına,  ən vacibi öz sağlamlığını  təhlükə altına salmasına səbəb olduğunu söylədilər. Konfransda  söylənildi ki,  narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həmçinin dünya iqtisadiyyatına ciddi zərbələr vurur. Tədbirdə həm də 1996-cı ildən başlayaraq  ölkəmizdə müxtəlif vaxtlarda qəbul edilmiş fərman və qanunlar, Milli Proqramlar, həmçinin BMT-nin tam hüquqlu üzvü olaraq "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə  haqqında" konversiyasına qoşulmasından danışıldı.  Sonda çıxışçılar gənclərimizi  birgə bu bəladan xilas etməyi və cəmiyyət üçün yararlı fərd kimi yetişdirməyin zəruriliyini vurğuladılar. 
Tədbirdə sonda narkomaniya ilə bağlı videoçarx nümayış olundu.

 

1.4 MB